19 
İyl
2022
20:22
131
392
2962
Virtual karabakh

Putin Tehranda Rəisidən sonra Xamenei ilə də görüşdü - YENİLƏNİB

19 İyl, 2022
20:22
2962

Putin Tehranda Rəisidən sonra Xamenei ilə də görüşdü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tehranda Rusiya Prezidenti Vladimir Putin və İranın ali dini lideri Əli Xamenei arasında görüş keçirilib.

Danışıqlar İslam Respublikası ruhani rəhbərinin iqamətgahında baş tutub.

Qeyd edək ki, İrana səfəri çərçivəsində Rusiya prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşü planlaşdırılır.

Mənbə: TASS

19:37

İyunun 19-da Tehrana gələn Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə görüşüb.

Danışıqlar İran İslam Respublikası Prezidentinin Aparatında baş tutub.

Bu, dövlət başçılarının 2022-ci il ərzindəki üçüncü görüşü olub. Həmçinin, Putin və Rəisi iki dəfə telefonla danışıblar.

Qeyd edək ki, Rusiya liderinin İran paytaxtında ölkənin ali dini lideri Əli Xamenei ilə görüşü planlaşdırılır.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri