21 
İyl
2022
04:30
45
83
1567
Virtual karabakh

GTA yaradıcıları gizli layihə üzərində işləmək üçün yüzlərlə insanı işə götürür

21 İyl, 2022
04:30
1567

GTA yaradıcıları gizli layihə üzərində işləmək üçün yüzlərlə insanı işə götürür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Grand Theft Auto” oyunları seriyası ilə tanınan “Rockstar Games” hələ barəsində açıqlama elan etmədiyi bir layihənin hazırlanması ilə bağlı kütləvi şəkildə yeni işçiləri işə götürməyə başlayıb.

Bu barədə “GamesRadar” saytında məlumat verilib.

Qeyd olunur ki, indi tərtibatçıların saytında ümumilikdə 300-ə yaxın vakansiya tapmaq olar. Eyni zamanda onlardan 70-ə yaxını son bir neçə gündə peyda olub. Elanların əksəriyyəti əsas bölmə - “Rockstar North”la bağlıdır. Bununla belə ümumi təkliflər siyahısı şirkətin bütün filiallarını əhatə edir.

Vakansiyaların siyahısı oyunların hazırlanması sahəsi üzrə missiyanın layihələndirilməsindən tutmuş avtomobil fizikasına qədər geniş çeşidli ixtisasları əhatə edir.

GTA VI-nın hazırlanmasının aktiv fazası ilə bağlı şayiələr dalğası fonunda “GamesRadar” nəşri hesab edir ki, yeni vakansiyaların dərci məhz bu layihə ilə bağlıdır. Bununla belə redaksiya heyəti elanların əhəmiyyətli hissəsinin GTA Online üçün növbəti əsas əlavənin hazırlanması ilə əlaqəli ola biləcəyini də istisna etmirlər.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri