23 
İyl
2022
00:58
99
22
870
Virtual karabakh

Elektromobillərin şarjı robotlara həvalə edildi

23 İyl, 2022
00:58
870

Elektromobillərin şarjı robotlara həvalə edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avtomobil istehsalçısı “Ford” Almaniyada elektrikli avtomobillər üçün robot enerji doldurma cihazlarını sınaqdan keçirməyə başlayıb.

Şirkət sürücünün iştirakı olmadan avtomobilə xidmət göstərmək üçün nəzərdə tutulmuş “Pro Charging” doldurma stansiyasını təqdim edib.

Avtomobili şarj etmək üçün onun sahibi stansiyanın yaxınlığında park etməli və proqramdan istifadə edərək robota zəng vurmalıdır. Cihaz avtomobilin mövqeyini aşkar edəcək və şarj interfeysinə qoşulacaq.

“Ford” nümayəndələri izah ediblər ki, avtomobili enerji ilə doldurmaq üçün sahibi salonu tərk etməli deyil. Şirkət onu da vurğulayıb ki, robota bu və ya digər səbəbdən avtomobildən düşə bilməyən istifadəçilər - məsələn, əlillər də etibar edə bilərlər.

Mənbə: lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri