23 
İyl
2022
18:11
228
275
1576
Virtual karabakh

İranda daşqınlar nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

23 İyl, 2022
18:11
1576

İranda daşqınlar nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın cənubunda baş verən daşqınlar nəticəsində azı 22 nəfər ölüb.

Bu barədə şənbə günü Mehr Xəbər Agentliyi məlumat yayıb.

Daha əvvəl IRNA agentliyi 11 nəfərin öldüyü barədə məlumat vermişdi.

Ölkənin birinci vitse-prezidenti Məhəmməd Moxber itkin düşənlərin axtarışı və təbii fəlakətdən zərər çəkənlərə yardım üçün bütün mövcud vasitələrin səfərbər edilməsi barədə göstəriş verib.

Qeyd edək ki, daşqınlar Fars əyalətində yaşanıb. Ən çox zərər çəkən ərazi Estehbanat şəhərinin ətraf əraziləri olub.

15:37

Ötən gecə İranın Fars əyalətində yağan güclü yağış daşqınlara səbəb olub. 

Məlumata görə, təbii fəlakətdən ən çox zərər çəkən ərazi Estehbanat şəhərinin ətraf bölgələridir. Belə ki, fəlakət zamanı ölənlərin sayı 11-ə çatıb, 13 nəfər isə itkin düşüb.

Hazırda zərərçəkənlərin ümumi sayı 55 nəfərdir.

Yerli hakimiyyət orqanları ölən və yaralananların sayının daha çox ola biləcəyindən ehtiyatlanır.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri