25 
İyl
2022
12:38
188
16
3300
Virtual karabakh

Rusiyalı deputat hərbçilərlə bağlı sözlərindən sonra Gürcüstana qaçmaq məcburiyyətində qaldı - FOTO

25 İyl, 2022
12:38
3300

Rusiyalı deputat hərbçilərlə bağlı sözlərindən sonra Gürcüstana qaçmaq məcburiyyətində qaldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Novosibirskdən olan deputatı Helqa Piroqova barəsində cinayət işi açıldıqdan sonra Gürcüstana qaçıb.

Bu barədə millət vəkilinin özü bəyan edib.

Onun sözlərinə görə, iyulun 25-də RF İstintaq Komitəsində dindirilməli idi.

Buna səbəb Piroqovanın “Twitter”də rusiyalı hərbçilərin dəfn mərasimi ilə bağlı şərhi olub.

“Sözlə ifadə etmək olmur, mən onların hamısını diriltmək, yanaqlarına bərk vurmaq istəyirəm, sonra isə qoy məzarlarına qayıtsınlar”, - deyə o yazmışdı.

Bundan sonra RF İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Piroqovanın qalmaqallı açıqlamasına hüquqi qiymət verilməsini tapşırmışdı.

Mənbə: Sib.FM

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri