25 
İyl
2022
21:10
287
48
3692
Virtual karabakh

İsrail “Soxnut”la bağlı Rusiyaya xəbərdarlıq etdi

25 İyl, 2022
21:10
3692

İsrail “Soxnut”la bağlı Rusiyaya xəbərdarlıq etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin Baş naziri Yair Lapid ölkənin Xarici İşlər Nazirliyinə “Soxnut” (“İsrail Yəhudi Agentliyi”) Rusiya bölməsinin bağlanacağı təqdirdə Moskvaya qarşı bir sıra siyasi tədbirlər hazırlamağı tapşırıb.

Məlumata görə, Xarici İşlər Nazirliyinə də rəhbərlik edən Lapid yaxın günlərdə mümkün tədbirlərlə bağlı qərar vermək niyyətindədir.

Mayın 21-də məlum olub ki, Moskvanın Basmannı məhkəməsi bu il iyulun sonunda “Soxnut”un bağlanması ilə bağlı Rusiya Ədliyyə Nazirliyinin Moskva Departamentinin vəsatətinə baxacaq.

Baş nazir Lapid mümkün bağlanmanın Rusiya-İsrail münasibətlərinə ciddi təsir göstərəcəyi ilə bağlı xəbərdarlıq edib.

İsrailin Moskvadakı keçmiş səfiri Zvi Magen də ölkə hakimiyyətinin Qərbin sanksiyalarına qoşulmaq da daxil olmaqla Rusiyaya təzyiq göstərməyinin bir neçə yolunu bildiyini deyib.

Qeyd edək ki, 1929-cu ildə yaradılan “İsrail Yəhudi Agentliyi” beynəlxalq təşkilatı bütün dünyada yəhudilər arasında əlaqələri təmin edir, həmçinin repatriasiya məsələləri ilə məşğuldur. “Soxnut”un nümayəndəliyi Rusiya Federasiyası ərazisində 1989-cu ildən fəaliyyət göstərir.

Mənbə: Israel Hayome

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri