26 
İyl
2022
19:20
17
116
1781
yuxarı
386 sərnişini olan “Boeing” Saxalində fövqəladə eniş etdi - FOTO/VİDEO
26 İyl, 2022
19:20
1781
17
116
386 sərnişini olan “Boeing” Saxalində fövqəladə eniş etdi - FOTO/VİDEO
“Aeroflot” aviaşirkətinin Moskvadan çıxan “Boeing-777” təyyarəsi Yujno-Saxalinskdə fövqəladə eniş etmək məcburiyyətində qalıb. Səbəb kimi təyyarənin şassilərindən birinin boşalması göstərilib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə baş idarəsi məlumat yayıb.
Hava gəmisinin göyərtəsində 13-ü heyət üzvü olmaqla ümumilikdə 399 nəfər olub.
Məlumata görə, təcili enişlə bağlı məlumatdan 20 dəqiqə sonra təyyarə uğurlu eniş edə bilib. Sərnişinlər və heyət üzvləri arasında zərərçəkən yoxdur.
Mənbə: astv.ru
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək