26 
İyl
2022
15:26
30
220
1374
yuxarı
Yaponiyada makakaların hücumu nəticəsində 42 nəfər yaralanıb
26 İyl, 2022
15:26
1374
30
220
Yaponiyada makakaların hücumu nəticəsində 42 nəfər yaralanıb
Yaponiyada Yamaquti şəhərinin sakinləri vəhşi meymunların daimi hücumuna məruz qalırlar.
Qeyd olunur ki, son bir neçə həftə ərzində makakaların aqressiv davranışı nəticəsində 42 nəfər zərər çəkib.
“Əvvəlcə yalnız uşaqlar və qadınlar hücuma məruz qalırdılar. Son zamanlar yaşlı insanlar və yetkin kişilər də hücumların qurbanına çevrilirlər”, - deyə yerli polis bildirib.
Hüquq-mühafizə orqanları meymunları tələlərlə tutmağa çalışsalar da, bu üsul nəticəsiz qalıb. İndi polis heyvanları sakitləşdirici oxların köməyilə tutur.
Hücum edən heyvanların meymunların həssas növünə aid olduğu qeyd edilir. Hazırda onların sayı artır və bu da insanlarla qaçılmaz təmaslara və münaqişələrə səbəb olur.
Mənbə: Gazeta.ru
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək