27 
İyl
2022
10:44
30
75
2688
Virtual karabakh

Co Baydenə yeni ad verildi - FOTO

27 İyl, 2022
10:44
2688

Co Baydenə yeni ad verildi - FOTO

Cənubi Koreya-ABŞ Dostluq Alyansı Assosiasiyası Ağ Ev rəhbəri Co Baydenə fəxri Koreya adı verib.

Bu barədə təşkilatın mətbuat xidmətindən bildirilib.

ABŞ Prezidenti Koreya dilində “Pe Çji Son” adlandırılıb. “Pe” Seuldan 60 km məsafədə yerləşən Pxentheki (ABŞ qoşunları bu şəhərdə bazalaşır) təmsil edir, “Çji Song” isə “ərazi” və “ulduz” deməkdir.

Fəxri ad 27 iyulda qeyd edilən 1950-1953-cü illərdə Koreya müharibəsində barışıq əldə olunmasının ildönümü münasibətilə verilib.

Qeyd edək ki, Cənubi Koreya-ABŞ Dostluq Alyansı Assosiasiyası Vaşinqton və Seul arasında iqtisadi, sosial və mədəni mübadilələri təşviq etmək üçün yaradılan qeyri-hökumət təşkilatıdır.

Yeri gəlmişkən, fəxri adlar ABŞ-ın sabiq prezidentlərinə də verilib. Belə ki, Barak Obama “Oh Han Ma”, Donald Tramp isə “U De İl” adını alıb.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri