28 
İyl
2022
07:56
80
44
874
Virtual karabakh

“Apollo 11” missiyasında Aya gedən astronavtın pencəyi 2,77 milyon dollara satıldı

28 İyl, 2022
07:56
874

“Apollo 11” missiyasında Aya gedən astronavtın pencəyi 2,77 milyon dollara satıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aya gedən amerikalı astronavt Bazz Oldrinin pencəyi Nyu-Yorkdakı “Sotheby's” hərracında 2,77 milyon dollara satılıb.

Bu barədə BBC məlumat yayıb.

Bu uçuş kostyumunu Oldrin 1969-cu ildə “Apollo 11” missiyası zamanı geyinmişdi.  

“Kolumbiya” Komandanlıq Modulunun pilotu altı günlük səyahətin çox hissəsini bu pencəklə  keçirib, sadəcə Aya endikdə onu skafandrla əvəz edib.

Gödəkçədə ABŞ bayrağı və NASA emblemi var. “Sotheby's” qeyd edib ki, o, hərracda satılan ən bahalı ABŞ kosmos artefaktına çevrilib. Ümumilikdə 92 yaşlı astronavt satışa 69 şəxsi əşya çıxarıb.

Mənbə: MK.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri