28 
İyl
2022
14:30
423
42
1184
Virtual karabakh

Ukrayna bu gün ilk dəfə Dövlətçilik Gününü qeyd edir - VİDEO

28 İyl, 2022
14:30
1184

Ukrayna bu gün ilk dəfə Dövlətçilik Gününü qeyd edir - VİDEO

Ukrayna bu gün ilk dəfə Dövlətçilik Gününü qeyd edir.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” hesabında paylaşım edib.

“Biz təslim olmayacağıq. Biz ruhdan düşməyəcəyik. Bizi qorxutmaq mümkün deyil. Ukrayna müstəqil, azad, bölünməz dövlətdir. Və həmişə belə olacaq”, - deyə Ukrayna Prezidenti bayram münasibətilə yazıb.

Eyni zamanda Prezident Volodimir Zelenskinin Ukraynanın Dövlətçilik Günü münasibətilə növbəti böyük videotəbriki də yayımlanıb.

“Ukraynanın dövlətçilik tarixinin bütün mərhələlərini, onun müdafiəsini və onun uğrunda mübarizəni bir cümlə ilə təsvir etmək olar: BİZ VAR İDİK, VARIQ VƏ VAR OLACAĞIQ!” - deyə Ukrayna lideri qeyd edib.  

Qeyd edək ki, Ukraynanın Dövlətçilik Gününü Volodimir Zelenski bir il əvvəl təsis edib. 

Mənbə: UNİAN “Telegram”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri