Avq
2022
22:13
124
453
7249
Virtual karabakh

Çin ordusu Tayvan ətrafında təlimlərə başlayıb – YENİLƏNİB + FOTO/VİDEO

2 Avq, 2022
22:13
7249

Çin ordusu Tayvan ətrafında təlimlərə başlayıb – YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya səfəri fonunda Çin Xalq Azadlıq Ordusu Tayvan ətrafındakı üç ərazidə təlimlərə başlayıb.

Bu barədə çərşənbə axşamı Çin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumata görə, dəniz və hava təlimləri Tayvanın şimal, cənub-qərb və cənub-şərqində keçirilir. Çin Silahlı Qüvvələri təlimlər zamanı təxribat baş verəcəyi təqdirdə Tayvanı qisas alacağı ilə hədələyib.

Mənbə: TASS

19:22

Çin Xalq Azadlıq Ordusu avqustun 4-dən 7-dək Tayvanın sahilyanı dəniz ərazilərində və hava məkanında "vacib hərbi təlimlər, o cümlədən canlı atəş fəaliyyətləri” keçirəcək. Təlimlərə nüvə başlığı olmayan raketlərin sınaqları da daxildir.

Bu barədə Sinxua Xəbər Agentliyi məlumat yayıb.

Həmçinin, Çinin Xarici İşlər Nazirliyindən bildirilib ki, ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərinə cavab olaraq, milli suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün bütün lazımi tədbirlər görüləcək, bunun nəticələrinə görə isə ABŞ və Taypey məsuliyyət daşıyacaq.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri