Avq
2022
21:16
91
158
1850
Virtual karabakh

Britaniyalı milyonçu İtaliya sahillərində yaxta qəzasında ölüb

3 Avq, 2022
21:16
1850

Britaniyalı milyonçu İtaliya sahillərində yaxta qəzasında ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyalı milyonçu İtaliya sahillərində yaxta qəzasında ölüb.

Tibbi maska ​​istehsalı şirkətinin sahibi Din Kronsbeyn Sardiniya sahillərində yaxtanın qəzaya uğraması nəticəsində dünyasını dəyişib.

61 yaşlı milyonçu göyərtədə həyat yoldaşı və qızı ilə birlikdə olub. Onlar sağ qalıb, lakin ağır yaralanıblar.

İlkin məlumatlara görə, qəza Porto Çervo kurortunun yaxınlığında baş verib. Kapitan yaxtanı qarşıdan gələn gəmidən uzaqlaşdırmaq istəyərkən idarəetməni itirib. Yaxta sonda sualtı qayalara çırpılıb və Kronsbeyn dənizə düşüb. O, göyərtəyə qaldırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Britaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, Britaniya hökuməti iş adamının ailəsinə yardım edir və hazırda italiyalı həmkarları ilə əlaqə saxlayır.

Mənbə: MK.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri