Avq
2022
01:45
114
47
1063
Virtual karabakh

Rusiya “Aliexpress”i ölkə ərazisində rəsmi çalışan qurumlar siyahısına daxil etdi

4 Avq, 2022
01:45
1063

Rusiya “Aliexpress”i ölkə ərazisində rəsmi çalışan qurumlar siyahısına daxil etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Roskomnadzor” (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti) nəzarətedici orqanı “AliExpress”i Rusiya ərazisində rəsmi fəaliyyət göstərən qurumlar siyahısına daxil edib.

Bu barədə agentliyin “Telegram” kanalı məlumat verib.

““AliExpress Russia Holding Pte. Ltd.” “Roskomnadzor”u qoyulan tələbləri yerinə yetirdiyi barədə məlumatlandırıb. Təqdim edilmiş sənədlərin yoxlanılmasının nəticələrinə əsasən, “Roskomnadzor” “AliExpress”i Rusiya Federasiyası ərazisində internet fəaliyyəti göstərən xarici qurumlar siyahısına daxil edib”, - deyə məlumatda qeyd edilir.

Yeni qanuna əsasən, gündəlik 500 mindən çox istifadəçi auditoriyasına sahib olan xarici internet şirkətləri Rusiyada səlahiyyətli nümayəndəliklərini açmalıdırlar. “Roskomnadzor” artıq nümayəndəliklərinin açılmasının zəruri olduğu şirkətlərin siyahısını dərc edib. Reyestrdə “Google”, “Apple”, “Twitter”, “TikTok”, “Telegram” və s. şirkətlərin adları var.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri