Avq
2022
04:53
21
122
2527
Virtual karabakh

Dünyada yeni nəqliyyat böhranı baş verə bilər

5 Avq, 2022
04:53
2527

Dünyada yeni nəqliyyat böhranı baş verə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya yeni nəqliyyat böhranı ilə qarşılaşa bilər.

Bu barədə Danimarkanın dəniz daşımaları üzrə ixtisaslaşan “Maersk” gəmiçilik şirkəti açıqlama verib.

Şirkət yeni logistik böhranın mümkünlüyü barədə xəbərdarlıq edib.

“Maersk”in fikrincə, bu il konteyner daşımalarına qlobal tələbatın azalması müşahidə olunacaq. Buna əsas səbəblərdən biri kimi hazırda anbarların dolu olması göstərilir.

Bu sahədə problemlərin yaranması, həmçinin həddindən artıq yüklənmiş logistik zəncirlər, eyni zamanda müştərilər və istehlakçılar tərəfindən inamın azalması kimi səbəblər də var.

“Maersk”in proqnozlarına görə, 2022-ci ildə dəniz konteynerlərinə tələbat mənfi bir faizdən müsbət bir faizə qədər dəyişəcək.

İkinci rübdə “Maersk”in yükdaşımalarının həcmi keçən illə müqayisədə 7,4 faiz azalıb.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri