Avq
2022
14:36
185
20
1486
Virtual karabakh

Çinin ABŞ-dakı səfiri Ağ Evə çağırıldı

5 Avq, 2022
14:36
1486

Çinin ABŞ-dakı səfiri Ağ Evə çağırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin ABŞ-dakı səfiri Tsin Qan Tayvan ətrafında yaranmış vəziyyətlə əlaqədar Ağ Evə çağırılıb.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan edib.

“Biz Tayvan boğazında sülh və sabitliyi qorumaq kimi çoxdankı məqsədlərimizə zidd olan Çinin məsuliyyətsiz hərbi hərəkətlərini pisləyirik”, - deyə bəyanatda bildirilir.

Ağ Ev Çinin ABŞ-dakı səfirinə bütün rabitə kanallarını saxlamaq istədiyini və Vaşinqtonun “Vahid Çin” prinsipinə sadiq olduğunu, həmçinin böhran istəmədiklərini, lakin Pekinin qərar verəcəyi hər şeyə hazır olduqlarını bəyan edib.

Mənbə: The Washington Post

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri