Avq
2022
16:45
812
22
8700
Virtual karabakh

Qondarma nazir Zabuxda yaşayan ermənilərə: “Evlərinizi tərk edin, kəndin əsl sahibləri qayıdırlar” - FOTO

5 Avq, 2022
16:45
8700

Qondarma nazir Zabuxda yaşayan ermənilərə: “Evlərinizi tərk edin, kəndin əsl sahibləri qayıdırlar” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarabağ terrorçularının “Ərazi idarəetmə və infrastruktur naziri” Ayk Xanumyan bu gün Laçın rayon Zabux kəndinə səfər edib.

Bununla bağlı “Caliber” “Telegram” kanalı məlumat yayıb. 

Zabuxda yaşayan ermənilərlə görüşən A.Xanumyan onlara bildirib ki, avqustun 25-nə qədər kəndi tərk etməlidirlər.

Qondarma nazir ermənilərin diqqətinə çatdırıb ki, kənd onun əsl sahibi olan Azərbaycanın nəzarətinə keçəcək.

A.Xanumyanın xəbərdarlığına cavab verən ermənilər “öz” evlərini yandıracaqlarını deyiblər.

A. Xanumyan həmçinin bildirib ki, sentyabrın 25-dən sonra Laçın dəhlizində artıq Rusiya sülhməramlı kontingenti olmayacaq. Belə ki, sülhməramlılar ərazidən çıxacaq və dəhliz Azərbaycan tərəfinin ixtiyarında olacaq.

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri