Avq
2022
06:40
12
489
3576
Virtual karabakh

Dağıstanda avtombildə oynayan uşaq istidən öldü

6 Avq, 2022
06:40
3576

Dağıstanda avtombildə oynayan uşaq istidən öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağıstanın Kizlyar rayonunda faciə baş verib.

Respublikanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iki azyaşlı uşaq avtomobilin içində bir neçə saat oynadıqdan sonra onları isti vurub. Uşaqlardan biri ölüb, digəri isə xəstəxanaya çatdırılıb.

Hazırda onun vəziyyəti ağırdır. Həkimlər qızın həyatı üçün mübarizə aparır!

Hadisə Vperyod kəndində yşanıb.

4 yaşlı oğlan və 2 yaşlı qız nahar vaxtı yoxa çıxıb.

Valideynlər polisə müraciət etməyib, təkbaşına axtarış aparıb, qonşular, kəndlilər də bu işə qoşulub.

Yalnız uşaqların tapılmasından sonra polisə müraciət edilib.

Mənbə: MVD Dagestan

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri