6 
Avq
2022
12:29
42
124
920
yuxarı
BMT baş katibi: “Bəşəriyyət barıt çəlləyi ilə oynayır”
6 Avq, 2022
12:29
920
42
124
BMT baş katibi: “Bəşəriyyət barıt çəlləyi ilə oynayır”
BMT-nin baş katibi Antonio Quterreş nüvə silahının mənasız olduğunu bildirib.
O, bu barədə Yaponiyanın Xirosima şəhərində atom bombası qurbanlarının xatirəsinə təşkil edilən mərasimdə çıxış edərkən deyib.
Baş katibin fikrincə, bəşəriyyət nüvə silahının ilk hərbi istifadəsindən sonra keçən zaman ərzində nə öyrəndiyini özündən soruşmalıdır. Həmçinin soyuq müharibəni xatırlamalıdır ki, o zaman dünya məhv olmağın bir neçə addımlığında idi.
Onun sözlərinə görə, nüvə ilə silahlanma yarışı getdikcə aktivləşir. Hazırda dünya ölkələrinin nüvə arsenallarında demək olar ki, 13 nüvə başlığı var.
Quterreş nüvə müharibəsini mümkünsüz və qəbuledilməz hesab etdiyini vurğulayıb.
“Bəşəriyyət barıt çəlləyi ilə oynayır”, - deyə o qeyd edib.
Mənbə: MK.ru
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
8 
Avq
2022
03:33
ABŞ və Hindistan Çinlə mübahisəli sərhədin yaxınlığında hərbi təlim keçirəcək
11
20
315
8 
Avq
2022
01:01
Atəşkəs razılaşması “İslami Cihad”ın tələblərinə görə pozulub - YENİLƏNİB
275
38
1703