7 
Avq
2022
23:36
283
22
1052
yuxarı
Litva Belarusla sərhəddə istehkamlar qura bilər
7 Avq, 2022
23:36
1052
283
22
Litva Belarusla sərhəddə istehkamlar qura bilər
Belarusla sərhəddə hərbi istehkamların tikilməsi məsələsi Litva parlamentinin milli təhlükəsizlik və müdafiə komitəsinin müzakirə mövzusu olacaq.
Bu barədə bazar günü komitənin sədri Laurinas Kasçyunas məlumat verib.
Komitə Litvanın Daxili İşlər Nazirliyi yanında Dövlət Sərhəd Mühafizə Xidmətinin nümayəndələrini iclasa çağırıb.
“Bizim xahişimizlə sərhəd idarəsi bölgədəki ən problemli yerlərin təhlilini hazırlayıb. Müdaxilə olarsa, düşmənin Litva ərazisinin dərinliklərinə doğru irəliləməsini ləngidə biləcək vasitələr axtaracağıq”, - siyasətçi bildirib.
Qeyd edək ki, Litva-Belarus sərhədinin uzunluğu təxminən 680 km-dir. O, həm də Avropa Birliyinin xarici sərhədidir.
Mənbə: TASS
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
1 
Dek
2023
12:56
İsrail kəşfiyyat xidmətləri HƏMAS-ın planlarını hücumdan bir il əvvəl bilirmiş
36
14
454
1 
Dek
2023
12:24
Böyük Britaniya Almaniyanı Türkiyəyə “Typhoon” qırıcısı satmağa razı salacaq
95
0
493