Avq
2022
11:25
33
203
1807
Virtual karabakh

“Taliban” əfqanları türk sultanının tikdirdiyi məşhur məscidə buraxmadı

8 Avq, 2022
11:25
1807

“Taliban” əfqanları türk sultanının tikdirdiyi məşhur məscidə buraxmadı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban” rəhbərliyi Məzari-Şərif şəhərində yerləşən məşhur Göy məsciddə Aşura mərasimlərinin təşkilinə icazə verməyib.

“Taliban” məhdudiyyəti İŞİD-in son silsilə terror hücumları ilə əlaqələndirib.

Məlumatda qeyd olunub ki, terrorçular Aşura mərasimlərində iştirak edən şəxsləri hədəfə alır və “Taliban” hələlik əzadarlıq məclislərində iştirak edənlərin təhlükəsizliyinə tam zəmanət verə bilmir.

Qeyd edək ki, Məzari-Şərifdə yerləşən Göy məscid - Həzrəti Əlinin dəfn edildiyi yer kimi məşhurluq qazanıb.

Firuzəyi daşlarla işlənilmiş məqbərə kompleksi Məzari-Şərif və Bəlx vilayətinin əsas simvolu hesab edilir.

Göy məscid Teymurilər dövlətini idarə etmiş Sultan Hüseyn Bayqaranın əmri ilə tikilib.

Mənbə: “Sputnik” Əfqanıstan

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri