Avq
2022
10:24
163
15
867
Virtual karabakh

ATƏT-in baş katibi: “Türkiyə Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə töhfə verir”

9 Avq, 2022
10:24
867

ATƏT-in baş katibi: “Türkiyə Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə töhfə verir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyə Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə töhfə verir”.

Bu sözləri Ankarada “2023 - Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda XIII səfirlər konfransında çıxış edən ATƏT-in baş katibi Helqa Şmid deyib.

H.Şmid bildirib ki, Türkiyənin Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə töhfələri və maraqlı tərəflərlə işləməsi ATƏT üçün çox önəmlidir.

“Türkiyənin Birləşmiş Millətlər Təşkilatı ilə taxıl sazişi ilə bağlı apardığı diplomatiya təqdirəlayiqdir. Çünki ərzaq mallarının və gübrələrin Ukraynadan çıxarılıb dünyaya daşınması çox vacibdir”, - o deyib.

H.Şmidin sözlərinə görə, bu saziş Ukrayna iqtisadiyyatı üçün çox vacibdir, çünki hazırda dünyada insanlar aclıqdan ölmək təhlükəsi ilə üzləşiblər.

ATƏT-in baş katibi bəyan edib ki, dialoq və vasitəçilik diplomatiyanın ən mühüm elementləridir və ATƏT-in bu sahədə Türkiyənin dəstəyinə ehtiyacı var.

“Türkiyə diplomatiyası dünyanın ən peşəkar diplomatik missiyalarından biridir. Türkiyə Avropa ilə Asiya arasında körpü rolunu oynayır”, - baş katib vurğulayıb.

Qeyd edək ki, Ankarada keçirilən XIII Səfirlər konfransında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib.

Mənbə: Anadolu

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri