Avq
2022
10:54
242
17
957
Virtual karabakh

Kurt Volker: “Rusiya ordusunu Ukraynada çətin qış gözləyir”

9 Avq, 2022
10:54
957

Kurt Volker: “Rusiya ordusunu Ukraynada çətin qış gözləyir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qışda Ukraynada hərbi əməliyyatlarda fasilə mümkündür. Bu da Rusiya Federasiyasının xeyrinə olmayacaq. Rusiyalılar üçün qışın çətin keçəcəyi ehtimalı var”.

Bu proqnozu ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker bildirib.

“Eyni zamanda qış Ukrayna ordusuna da təsir edəcək, lakin Rusiya ordusuna da çətinliklər yaradacaq. Rusiya ordusu indi öz torpaqlarından uzaqdadır. Onların hərbçilərinə ərzaq, yanacaq və silah əldə etmək daha çətin olacaq. Bir sözlə, rusiyalıları çətin qış gözləyir”, - deyə Volker xəbərdarlıq edib.

Onun proqnozuna görə, yaza qədər Ukraynada Rusiya ordusu gücünü itirəcək. Ukrayna Silahlı Qüvvələri isə bu ilin sonuna qədər uğurlu əks-hücum əməliyyatları keçirə biləcəklər.

“Ukrayna bəzi əsas əraziləri qaytaracaq. Gələn il biz Ukraynanın rusiyalıları öz torpaqlarından çıxarmaq üçün növbəti cəhdlərini görəcəyik. Bu da müəyyən dərəcədə uğurlu olacaq.

Bəli, qışda mütləq fasilə olacaq, lakin bu fasilə Rusiyanın xeyrinə olmayacaq”, - deyə Volker qeyd edib.

Mənbə: UNİAN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri