9 
Avq
2022
19:53
67
129
1093
yuxarı
Estoniyanın baş naziri: “Avropaya səfər etmək insan hüquqlarına daxil deyil”
9 Avq, 2022
19:53
1093
67
129
Estoniyanın baş naziri: “Avropaya səfər etmək insan hüquqlarına daxil deyil”
Estoniyanın Baş naziri Kaya Kallas rusiyalılara Aİ-yə səfərləri üçün turist vizalarının verilməsini dayandırmağa çağırıb.
“Rusiyalılara turist vizalarının verilməsini dayandırmaq lazımdır. Avropaya səfər etmək insan hüquqlarına daxil deyil, bu, sadəcə üstünlükdür, imtiyazdır”, - deyə Kallas “Twitter” hesabında bildirib.
O qeyd edib ki, hazırda Rusiya ilə hava əlaqəsi bağlanıb. Bu isə o deməkdir ki, Şengen ölkələri viza verməyə davam etdikcə bunun yükünü Rusiyanın qonşuları - Finlandiya, Estoniya və Latviya çəkirlər.
“Rusiyadan gələn turizmi dayandırmağın vaxtıdır”, - deyə Kallas vurğulayıb.
Mənbə: Yevropeyskaya pravda
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək