Avq
2022
16:39
22
198
2393
Virtual karabakh

Peyvəndləmədə yeni mərhələ: “BioNTech”dən AÇIQLAMA

9 Avq, 2022
16:39
2393

Peyvəndləmədə yeni mərhələ: “BioNTech”dən AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki ildən artıqdır ki, koronavirusla mübarizə aparan dünya indi “Omikron” ştammının altvariantları BA.4 və BA.5 üçün həyəcan təbili çalır.

Almaniyada fəaliyyət göstərən türkiyəli professorlar Özlem Türeci və Uğur Şahinin qurucusu olduqları “BioNTech” şirkəti yeni variantlara qarşı növbəti peyvəndlərin anonsunu verib.

“Financial Times”da çıxan xəbərə görə, şirkət “uzunmüddətli və əhatəli qorunma” təmin etmək üçün hazırlanmış koronavirus peyvəndinin hazırkı versiyasının klinik sınaqlarına başlayacağını açıqlayıb. Testlərin bu ay başlaması gözlənilir.

Sözügedən peyvəndin “Omikron”un BA.4 və BA.5 kimi yeni variantlarına qarşı hazırlandığı vurğulanıb.

Eyni açıqlamada peyvəndin bu il satışa çıxarılmasının gözlənildiyi də bildirilib. Britaniya qəzeti yazıb ki, şirkət lazımi razılıqları alarsa, peyvəndin paylanması oktyabrda başlaya bilər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri