Avq
2022
22:16
59
181
1178
Virtual karabakh

Stavropolda yeniyetmələr qumbara ilə partlayış törətdilər: Yaralılar var

9 Avq, 2022
22:16
1178

Stavropolda yeniyetmələr qumbara ilə partlayış törətdilər: Yaralılar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Stavropol vilayətində yeniyetmələr həqiqi qumbara ilə partlayış törədiblər.

Hadisə avqustun 8-də baş verib. Uşaqlar Tambukan fermasının ətrafında gəzintiyə çıxıblar. Daha sonra Milli Qvardiyanın təlim poliqonuna gediblər. Hasara alınmayan poliqonda mühafizəçilər də olmayıblar. Buna görə uşaqlar rahatlıqla əraziyə daxil ola biliblər. Azyaşlılar ərazini araşdırmağa başlayıb və çuxurda çox sayda piyada əleyhinə qumbara tapıblar.

Bir az sursat götürən uşaqlar “döyüş oyunu” oynamağa başlayıblar. Daha sonra səkkiz qumbaranı da özləri ilə götürüb uşaq meydançasına gediblər. Meydançada bəzi qumbaraları söküblər, bəzilərinin isə barıtını boşaldıb yandırıblar. Nəticədə partlayış baş verib.

Yoldan keçən iki uşaq yaralanıb. Baş, boyun və ətraf nahiyələrindən xəsarət alan uşaqlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: “Baza” “Telegram”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri