Avq
2022
23:36
259
77
2048
Virtual karabakh

Pelosi Çin Prezidentini “qorxmuş xuliqan” adlandırdı

9 Avq, 2022
23:36
2048

Pelosi Çin Prezidentini “qorxmuş xuliqan” adlandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib ki, Konqres üzvləri onun Tayvana səfərinə Çinin reaksiyasından qorxmurlar.

Spikerin sözlərinə görə, Çin Xalq Respublikasının sədri Si Cinpin özünü “qorxmuş xuliqan” kimi aparır.

“Düşünürəm ki, o, həssas vəziyyətdədir. O, qorxmuş xuliqan kimi davranır”, - Pelosi bildirib.

Spikerin sözlərini “Bloomberg” yayıb.

Həməçinin, MSNBC telekanalının “Morning Joe” verilişində Pelosi ABŞ-ın Tayvanın təcrid edilməsinə ortaq olmayacağını bəyan edib.

Qeyd edək ki, Pelosinin avqustun 2-də adaya səfərindən sonra Tayvan ətrafında vəziyyət daha da mürəkkəbləşib. Pekin bu səfəri vahid Çin prinsipinin pozulması və ölkənin dövlət suverenliyinə qəsd hesab edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri