10 
Avq
2022
10:54
329
14
1424
Virtual karabakh

Ukraynalı döyüş komandiri: “Donetsk vilayətində bir qrup serb muzdluları məhv edilib” - FOTO

10 Avq, 2022
10:54
1424

Ukraynalı döyüş komandiri: “Donetsk vilayətində bir qrup serb muzdluları məhv edilib” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna ordusu Donetsk vilayətində Rusiya və separatçılar tərəfindən vuruşan serb muzdlular aşkar edib.

Ukrayna ordusunun Donetsk vilayəti cəbhəsi üzrə döyüş komandiri Roman Solohub “Report”un Şərqi Avropa bürosuna açıqlamasında bildirib ki, muzdluların burada qarşı tərəfdən daha çox olması ilə bağlı onlarda kəşfiyyat məlumatı var:

“Hazırda Ukrayna ordusu dronlar vasitəsilə düşmənin məhv edilməsini uğurla həyata keçirir. Söhbət həm standart, həm də döyüş başlığı daşıya bilən dronlardan gedir. Məsələn, bizim qrupun əhatə dairəsinə “Sidoy” ləqəbli, Serbiyadan muzdlular gətirmiş, bədnam ad qazanan rusiyalı terrorçu hərbi birləşməsi düşmüşdü. Biz həmin qrupu və “Sidoy” ləqəbli terrorçunu məhv etmək məqsədilə zərbələr endirdik”, - deyə o əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri