11 
Avq
2022
12:48
45
114
1987
Virtual karabakh

Avropanı anomal istilərin beşinci dalğası bürüyüb

11 Avq, 2022
12:48
1987

Avropanı anomal istilərin beşinci dalğası bürüyüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqı və Böyük Britaniyanın üçdəikisi şiddətli quraqlıq zonasındadır.

İyul və avqust aylarında artıq dörd həddindən artıq isti dalğası bölgəni bürüyüb, orta enliklərdə temperatur 35 dərəcəyə qədər yüksəlib. Cənubda temperatur 40 dərəcə təşkil edib.

İndi beşinci isti dalğası gəlib. Həddindən artıq istiləşmə zonasında - İspaniya, Fransa, Portuqaliya, İtaliyada yenidən havanın temperaturu 35-39 dərəcədir.

Ekstremal hava şəraitindən ən çox yerli fermerlər əziyyət çəkirlər, torpaqları sulamaq və mal-qaranı bəsləmək üçün demək olar ki, heç nə yoxdur.

Bölgədə təbii yanğınlar tüğyan edir - Fransanın cənubu və Portuqaliya ərazisi yanır. Çaylar qurumağa davam edir. Luara, Po və Dunayı bəzi ərazilərdə piyada keçmək mümkündür.

Reyn çayında nəqliyyatın hərəkəti demək olar ki, iflic olub. Bu səbəbdən ekspertlər Almaniya iqtisadiyyatının çökəcəyini proqnozlaşdırırlar.

Mənbə: Vesti.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri