11 
Avq
2022
18:24
26
142
2340
Virtual karabakh

“Ryanair”: “10 avroya biletlərin erası bitdi”

11 Avq, 2022
18:24
2340

“Ryanair”: “10 avroya biletlərin erası bitdi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ryanair” bundan sonra aşağı büdcəli qiymətlərlə uçuşlar təklif etməyəcək.

Bu barədə İrlandiyanın aşağı büdcəli aviaşirkəti “Ryanair”in baş icraçı direktoru Maykl O`Liri bildirib. Onun sözlərinə görə, buna səbəb yanacaq qiymətlərinin kəskin artmasıdır.

O`Liri qeyd edib ki, 10 avroluq biletlər erası bitib. Aviaşirkətlərin orta tarifi keçənilki 40 avrodan növbəti beş il ərzində təxminən 50 avroya yüksələcək.

“Düşünürəm ki, yaxın bir neçə il ərzində bizim həqiqətən ucuz elan edilmiş bir avroluq, 0,99 avro, hətta 9,99 avroluq tariflərimizi görməyəcəksiniz”, - deyə o vurğulayıb.

Eyni zamanda O`Liri əlavə edib ki, insanlar yaşayış xərclərinin artmasına baxmayaraq, tez-tez uçmağa davam edəcəklər.

Mənbə: Yevropeyskaya pravda

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri