11 
Avq
2022
14:09
41
145
1269
Virtual karabakh

Rusiya XİN: “Azərbaycan və Ermənistan arasında görüş nəzərdə tutulub”

11 Avq, 2022
14:09
1269

Rusiya XİN: “Azərbaycan və Ermənistan arasında görüş nəzərdə tutulub”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Moskva avqustun sonuna kimi Azərbaycanla Ermənistan arasında üçtərəfli formatda təmaslar təşkil etməyi planlaşdırır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçaev həftəlik brifinqdə bildirib.

Onun sözlərinə görə, görüşün təfərrüatları daha sonra açıqlanacaq.

“Planlara avqustun sonuna qədər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının müxtəlif istiqamətləri üzrə yüksək səviyyəli üçtərəfli təmasların təşkili daxildir. Sonrakı mərhələdə daha ətraflı məlumat verəcəyik”, - deyə İ. Neçayev bildirib.

Mənbə: News.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri