12 
Avq
2022
15:01
224
20
1985
Virtual karabakh

“Samsung”un vitse-prezidenti əfv olundu

12 Avq, 2022
15:01
1985

“Samsung”un vitse-prezidenti əfv olundu

Cənubi Koreya Prezidenti Yon Sok Yol korrupsiyada təqsirli bilinən “Samsung Electronics”in vitse-prezidenti Li Çje Yonu əfv edib.

Məlumata görə, Li Çje Yo 2021-ci ilin avqustunda Koreya Azadlıq Günü əfvində artıq həbsdən şərti olaraq azad edilmişdi, lakin onun hüquqlarını tam bərpa etmək üçün prezidentin əfvinə ehtiyacı var idi.

Keçmiş prezident Pak Xın Heyə rüşvət verməkdə ittiham olunan “Samsung Electronics”in vitse-prezidenti Li Çje Yo 2018-ci ildə iki il yarım müddətinə azadlıqdan məhrum edilmişdi.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, prezident bu dəfə 15 avqust bayramı münasibətilə ümumilikdə 1691 nəfəri əfv edib. Ancaq bu siyahıda “Samsung Electronics”in korrupsiyada ittiham olunaraq 17 il həbs cəzasına məhkum edilmiş eks-prezident Li Myon Bak yer almayıb.

Yerli mənbələrdən verilən məlumata görə, o, hazırkı prezidentin reytinqinin aşağı düşməsi fonunda son anda siyahıdan çıxarılıb. Yon Sok Yol administrasiyası hesab edib ki, cəmiyyətdə populyar olmayan Li Myon Bakın əfv edilməsi hazırkı prezidentə dəstək səviyyəsini azalda bilər.

Mənbə: Yonhap

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri