14 
Fev
2015
09:42
33
68
9168
Virtual karabakh

Azercell-in keçmiş rəhbəri baş nazir ola bilər

14 Fev, 2015
09:42
9168

Azercell-in keçmiş rəhbəri baş nazir ola bilər

“Onun partiya mənsubluğu yoxdur”.

Azercell şirkətinin keçmiş rəhbəri Kirill Qaburiç Moldovanın Liberal-Demokrat Partiyasının (LDP) baş nazir vəzifəsinə namizəddir.

Oxu.Az Moldova KİV-nə istinadən xəbər verir ki, bu barədə LDP-nin lideri Vlad Filat bildirib.

“Ümid edirəm ki, onun namizədliyi parlamentdə lazım olan səsləri toplaya biləcək. Cənab Qaburiçin partiya mənsubluğu yoxdur”, - Filat deyib. 

O qeyd edib ki, Qaburiçin namizədliyi barədə qərar partiyanın Siyasi Şurası tərəfindən yekdilliklə qəbul edilib. 

Qeyd edək ki, öncə Kirill Qaburiç Moldovada mobil rabitə şirkətlərindən birinin baş direktoru vəzifəsini tutub. 

2012-c ildə o, Azərbaycanda Azercell şirkətinin rəhbəri vəzifəsinə təyin olunub. Lakin o, Teliasonera Group şirkətində çalışmaqda maraqlı olmadığını bildirərək 2014-cü ilin dekabrında bu vəzifədən gedib. 

Qaburiçin namizədliyi şənbə günü (bu gün) keçiriləcək məsləhətləşmələrdə ölkə prezidenti Nikolay Timoftiyə rəsmən təqdim olunacaq. 

Fevralın 10-da keçirilən ilk iclasda Moldovanın Baş nazirini seçmək mümkün olmayıb. 

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri