15 
Avq
2022
13:54
102
19
3270
Virtual karabakh

Dörd maşın pulla qaçdığı deyilən Əfqanıstanın keçmiş prezidenti gedişinin səbəbini açıqladı -VİDEO

15 Avq, 2022
13:54
3270

Dörd maşın pulla qaçdığı deyilən Əfqanıstanın keçmiş prezidenti gedişinin səbəbini açıqladı -VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qani bir il əvvəl ölkədən qaçmasının səbəbini açıqlayıb. Onun sözlərinə görə, bu addımı atmasının səbəbi radikal “Taliban” hərəkatına və onun tərəfdarlarına özünü alçaltmasını imkan vermək istəməməsi olub.

“Getməyimin səbəbi taliblərə və onların tərəfdarlarına Əfqanıstan prezidentini bir daha alçaltmaq və onu hökumətin legitimliyi haqqında sənəd imzalamağa məcbur etmək məmnuniyyətini vermək istəməməyim idi. Mən heç vaxt qorxmamışam”, - deyə keçmiş dövlət başçısı izah edib.

Bundan başqa, o, özünün ölkəni tərk etmək planlarının olmadığını açıqlayıb. Qani həmçinin Əfqanıstandan külli miqdarda pulla qaçması barədə məlumatları təkzib edib.

Qeyd edək ki, prezident Əşrəf Qani 2021-ci ilin avqustun 15-də “Taliban” üzvlərinin Kabilə daxil olmasından bir neçə saat əvvəl həyat yoldaşı, övladları və iki köməkçisi ilə birgə ölkəsini tərk etmişdi. O, Kabildən Tacikistana uçub və oradan Omana gedib. Sonradan Rusiyanın Kabildəki səfirliyi bildirmişdi ki, Qani Əfqanıstanı dörd maşın və bir helikopterə pul dolduraraq tərk edib. 

“Rejimin süqutunun səbəblərinə gəlincə, bu Qaninin ölkədən qaçması ilə xarakterizə olunur. Dörd maşına pul doldurulmuşdu, o biri hissəsini helikopterə doldurmağa çalışdılar. Hamısı yerləşmədi və qalan hissə aerodromda qaldı”, - deyə diplomatik nümayəndəlikdən bildirilmişdi.

Mənbə: CNN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri