15 
Avq
2022
12:26
51
155
2019
Virtual karabakh

İranın “virtual əxlaq polisi” dövlət işçilərinin profil şəkillərinə nəzarət edir - FOTO

15 Avq, 2022
12:26
2019

İranın “virtual əxlaq polisi” dövlət işçilərinin profil şəkillərinə nəzarət edir - FOTO

İranın “Əmr be Məruf və Nəhy əz Münkər” (pis işlərdən çəkindirmək, yaxşı işlərə dəvət etmək) Qərargahının katibi Mehdi Rzayi bildirib ki, 12 iyul toplantısında Məşhəddə məcburi hicab məsələsi ilə bağlı ciddi nəzarət başlayıb və qadın dövlət işçilərinin sosial media hesablarındakı profil şəkilləri də əxlaq polisləri tərəfindən nəzarət altına alınıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

“Buna görə də bildirmişik ki, dövlət müəssisələrində çalışan qadın işçilərin İslam qaydası əsasında örtülmüş hicablı profil şəkilləri olmalıdır. Bu qaydalara riayət etməyənlər Əmək İntizam Komitəsinə çağırılacaqlar”, - deyə Rzayi qeyd edib.

Onun sözlərinə görə, iclasda dövlət idarələrində çalışan qadın və kişilərin bir otaqda işləyə bilməyəcəkləri ilə bağlı da qərar qəbul edilib.

İran rəsmisi qeyd edib ki, bütün bu qaydalara əməl etməyənlər qanunu pozmuş hesab olunacaqlar və həmin şəxslər işdən azad oluna bilərlər.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri