15 
Avq
2022
15:42
236
68
3211
Virtual karabakh

İranda sərnişin təyyarəsinin tavanı çökdü - VİDEO

15 Avq, 2022
15:42
3211

İranda sərnişin təyyarəsinin tavanı çökdü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İran Air” aviaşirkətinə məxsus təyyarə Təbriz hava limanına uğursuz eniş cəhdinin ardından növbəti eniş zamanı tavanının bir hissəsi çöküb.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.

Sözügedən aviaşirkətin nümayəndəsi məsələ ilə bağlı açıqlama verərkən iddia edib ki, hadisənin yaşanmasına güclü külək və təyyarənin silkələnməsi səbəb olub.

Xatırladaq ki, sosial mediada İranda tez-tez döyüş və sərnişin təyyarələrinin təkərlərinin partlaması, mühərrikdə digər problemlərin yaranması kimi bir sıra texniki nasazlıq yaşanmasına dair video və xəbərlər yayılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri