15 
Avq
2022
15:03
25
91
1541
Virtual karabakh

Tayvana nümayəndə göndərən ABŞ-a Çindən REAKSİYA

15 Avq, 2022
15:03
1541

Tayvana nümayəndə göndərən ABŞ-a Çindən REAKSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ABŞ nümayəndə heyətinin Tayvana səfəri “Vahid Çin” prinsipinə ziddir”.

Bu barədə Çin xarici işlər nazirliyinin sözçüsü Van Venbin brifinqdə bildirib:

“Bu, “Vahid Çin” prinsipinin və Çin-ABŞ birgə kommünikelərinin müddəalarının, Çinin suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır. Bu, həm də Tayvandakı separatçı qüvvələrə yanlış siqnal verir”.

Van bildirib ki, Çin milli suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün qəti və təsirli tədbirlər görəcək.

Qeyd edək ki, ABŞ Konqresinin nümayəndələri senator Ed Markinin (Massaçusets ştatı) başçılığı ilə bazar günü axşam Tayvana iki günlük səfərə gediblər.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri