15 
Avq
2022
16:06
170
44
923
Virtual karabakh

Serbiyada hərbi zavodda partlayış baş verib

15 Avq, 2022
16:06
923

Serbiyada hərbi zavodda partlayış baş verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Serbiyanın Valyevo şəhərindəki “Kruşik” hərbi zavodunda partlayış baş verib.

Zavod Serbiyanın paytaxtı Belqraddan 100 kilometr cənub-qərbdə yerləşir və ölkənin ən böyük müdafiə sənayesi müəssisələrindən biridir.

Partlayış nəticəsində 40 yaşlı işçi yaralanıb. Onun əlindəki K34 kapsulu partlayıb. Ağır xəsarətlər alan qadın Valyevo xəstəxanasına yerləşdirilib.

Partlayış zamanı yaxınlıqda olan digər əməkdaş isə yüngül xəsarətlər alıb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri