16 
Avq
2022
03:40
27
93
4139
Virtual karabakh

İspaniyada qala konsertdən maraqlı görüntülər: Hollivud ulduzları özlərindən kiçik xanımları ilə - FOTO

16 Avq, 2022
03:40
4139

İspaniyada qala konsertdən maraqlı görüntülər: Hollivud ulduzları özlərindən kiçik xanımları ilə - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın Marbelya şəhərində “Starlite Porcelanosa” qala konserti keçirilib. Tədbirə qatılan qonaqlar arasında Hollivud ulduzları Riçard Gir və Antonio Banderas da olublar. Onların hər ikisini gənc xanımları müşayiət ediblər. 

73 yaşlı Gir konsertə 39 yaşlı Alexandro Silva ilə qatılıb. Cütlük 2018-ci ildən evlidir, 2019 və 2020-ci illərdə onların uşaqları olub.

Cütlük nadir hallarda belə tədbirlərdə iştirak edir. Alexandra Gir şəxsi bloqunda qeyd edib ki, onlar üçün evdə uşaqları ilə vaxt keçirmək sosial tədbirlərdə özlərini göstərməkdən daha önəmlidir.

62 yaşlı Banderası isə tədbirə 2014-cü ildən birlikdə olduğu 40 yaşlı Nikol Kempel müşayiət edib.

Cütlüklərin tədbirdə əylənən görüntüləri sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Onlar Hollivud ulduzlarının yaşlarına baxmayaraq hələ də formada olduqlarını bildiriblər.

Mənbə: Spletnik

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri