15 
Avq
2022
23:57
17
196
1504
Virtual karabakh

Norveçdə körpü uçdu: İki avtomobil çaya düşdü - FOTO

15 Avq, 2022
23:57
1504

Norveçdə körpü uçdu: İki avtomobil çaya düşdü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Norveçin cənubunda körpü uçub. Körpü iki yerdən tamamilə dağılıb.

Qəza nəticəsində körpünün üzərində olan minik avtomobili və yük çaya düşüb. Hər iki avtomobilin sürücüsünün sağ olduğu və xəsarət almadığı bildirilir.

Yük maşınının sürücüsünü xilas etmək üçün xilasedici helikopter gətirilib.

“Bu dramatik idi. Hər iki sürücü böyük təşviş keçirdi. Amma xoşbəxtlikdən hər şey yaxşı keçdi”, - deyə yerli polis nümayəndəsi Terje Kroqstad qeyd edib.

Yük maşınının çıxarılması ilə bağlı işlər gedir. Bölgədə güclü yağış proqnozlaşdırılır ki, bu da vəziyyəti daha da gərginləşdirə bilər.

Hadisə ilə bağlı insanlarla sorğu keçirilib, araşdırma başladılıb.

Mənbə: Evropeyskaya pravda

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri