16 
Avq
2022
14:50
287
38
1346
Virtual karabakh

Sanksiyalar Rusiya kömürünün dünyanın istənilən yerinə daşınmasını qadağan edir

16 Avq, 2022
14:50
1346

Sanksiyalar Rusiya kömürünün dünyanın istənilən yerinə daşınmasını qadağan edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqının (Aİ) Rusiya kömürü və bəzi gübrə növlərinə qarşı avqustun 10-da qüvvəyə minən sanksiyaları təkcə onun alınmasına deyil, həm də dünyanın istənilən yerinə daşınmasına şamil edilir.

Bu barədə Avropa Komissiyasının sözçüsü Arianna Podesta bildirib.

Bu məhdudiyyət logistika şirkətinin mənşəyindən asılı olmayaraq, Aİ-dən olan şirkətlər tərəfindən göstərilən sığorta və maliyyə xidmətlərinə şamil edilir. Yəni, Aİ-dən olan şirkətlər üçün Rusiya kömürünün daşınması ilə bağlı hər hansı tədarük və alış-veriş qadağandır:

“Kömür və bəzi gübrələrə qoyulan qadağa son təyinat yerindən asılı olmayaraq bu malların həm alınması, həm də daşıma üçün tətbiq edilir”.

Eyni zamanda, bəzi istisnalar var: Aİ-də bir sıra Rusiya gübrələrinin müəyyən kvota həcmlərinin idxalına icazə verilir.

Mənbə: LIGA.net

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri