16 
Avq
2022
17:15
162
23
1817
yuxarı
İlon Mask “Twitter”i “uddu”
16 Avq, 2022
17:15
1817
162
23
İlon Mask “Twitter”i “uddu”
“Tesla” və “SpaceX”in baş direktoru İlon Mask “Twitter” sosial şəbəkəsinə qarşı məhkəmədə qalib gəlib.
“Twitter” spam hesablar və bot hesabları üzrə keçmiş baş menecerin fayllarını Maska təqdim edəcək. Milyarderin sosial şəbəkənin əldə edilməsi üçün irəli sürdüyü şərt bu idi.
Qeyd olunur ki, şirkət artıq bu faylları ötürməyə başlayıb. Həmçinin bu həftə “Tesla” baş direktorunun vəkilləri “Twitter”ə qarşı iddia qaldırıblar. Belə ki, Mask şirkətdən ona istifadəçilərlə bağlı məlumatlar, eləcə də bu məlumatların toplanması və analizinə dair daha çox informasiya verilməsini tələb edir.
Mənbə: Gazeta.ru
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək