16 
Avq
2022
18:10
203
20
2585
Virtual karabakh

Krımdakı partlayışların arxasında kim dayanır? - FOTO

16 Avq, 2022
18:10
2585

Krımdakı partlayışların arxasında kim dayanır? - FOTO

“Krımın Cankoy rayonu yaxınlığındakı sursat anbarında törədilən partlayışların arxasında Ukraynanın elit hərbi bölməsi dayanır”.

Bunu “The New York Times” qəzetinə şərhində adının açıqlanmasını istəməyən yüksək rütbəli ukraynalı məmur bildirib.

Onun sözlərinə görə, sözügedən elit bölmə düşmən cəbhəsinin arxasında fəaliyyət göstərir.

Ukrayna Silahlı Qüvvələri və ya dövlət rəhbərliyi partlayışlarda əlləri olduqlarını açıqlamasa da, Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, normal Krım - Qara dəniz, dağlar, istirahət və turizmdir; Rusiyanın işğalı altında olan Krım isə anbarların partlaması, işğalçılar və oğrular üçün yüksək ölüm riskidir.

“Demilitarizasiya fəaliyyətdədir”, - deyə o davam edib.

Eyni zamanda, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin “zərgərlik üslubunda” demilitarizasiya əməliyyatı Ukrayna əraziləri tam işğaldan azad edilənə qədər davam edəcək və xatırladıb ki, Krım Ukraynadır.

Mənbə: ZN, UA

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri