17 
Avq
2022
03:27
49
169
1439
yuxarı
ABŞ qitələrarası ballistik raketinin sınağını keçirdi
17 Avq, 2022
03:27
1439
49
169
ABŞ qitələrarası ballistik raketinin sınağını keçirdi
ABŞ ordusu “Minuteman III” qitələrarası ballistik raketinin sınaq atışını həyata keçirib.
Bu barədə çərşənbə axşamı ABŞ Hərbi Hava Qüvvələrinin bölməsi məlumat verib.
raket Kaliforniyanın Vandenberq Kosmik Qüvvələri bazasından buraxılıb. O, sınaq döyüş başlığı ilə təchiz edilib.
Qeyd olunub ki, sınaq ABŞ nüvə qüvvələrinin hazırlığını nümayiş etdirmək, həmçinin bu qüvvələrin effektivliyini sübut etmək məqsədilə baş tutub.
Xatırladaq ki, sınaq bir müddət öncə Tayvanla bağlı gərginlik fonunda təxirə salınmışdı.
Mənbə: TASS
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək