17 
Avq
2022
21:30
477
16
1361
Virtual karabakh

Türkiyə Aralıq dənizindəki qaz yatağında kəşfiyyat işlərinə başladı – VİDEO

17 Avq, 2022
21:30
1361

Türkiyə Aralıq dənizindəki qaz yatağında kəşfiyyat işlərinə başladı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin energetika naziri Fatih Dönməz çərşənbə günü bildirib ki, “Əbdülhəmid Xan” qazma gəmisi Aralıq dənizində kəşfiyyat işlərinə başlayıb.

O, bu barədə “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, avqustun 9-da Türkiyənin yeni qazma gəmisi Aralıq dənizinin Mersin limanından yola düşüb. O, Antalya sahilindən 55 km aralıda çalışacaq.

238 metrlik “Əbdülhəmid Xan” türkiyənin dördüncü qazma gəmisidir. Ən müasir avadanlıqla təchiz edilmiş gəmi 12 km-dən çox dərinlikdə kəşfiyyat işləri aparmağa qadirdir. Gəminin ekipajı təxminən 200 nəfərdir.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri