18 
Avq
2022
06:58
116
99
2876
Virtual karabakh

Norveçin neft fondu 173 milyard dollar zərərə düşdü

18 Avq, 2022
06:58
2876

Norveçin neft fondu 173 milyard dollar zərərə düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Norveçin neft fondu 2022-ci ilin birinci yarısında 173 milyard dollar zərərə düşüb. Bu məbləğ onun bütün investisiyalarının dəyərinin 14,4%-ni təşkil edir.

Bu barədə təşkilatın çərşənbə günü yaydığı məlumatda deyilir.

“Bu vəziyyət Avropada faiz dərəcələrinin artması, yüksək inflyasiya və Ukrayna müharibəsi nəticəsində yaranıb. Fondun səhmlərə yatırdığı investisiyaların dəyəri 17%, istiqrazların dəyəri isə  9,3% ucuzlaşıb. Xüsusən də texnologiya şirkətlərinin səhmləri  28% dəyərdən düşüb”, - deyə fondun rəhbəri Nikolay Tangen bildirib.

O əlavə edib ki, son 6 ayda müsbət dinamikanı yalnız enerji sektoru göstərib – 13%. Həmçinin fondun daşınmaz əmlaka investisiyaları da 7,1% dəyər qazanıb.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri