16 
Fev
2015
09:01
79
191
44500
Virtual karabakh

Bu gün Türkiyə qara geyinəcək – FOTO

16 Fev, 2015
09:01
44500

Bu gün Türkiyə qara geyinəcək – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu dünyaya zorlanmaq üçün gəlməmişik”.

Bu gün Türkiyədə, əvvəl 3 nəfər tərəfindən zorlanan, sonra vəhşicəsinə öldürülərək yandırılan Özgecan Aslan üçün anma aksiyası keçiriləcək. 

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, “Qadın cinayətlərini dayandıracağıq” platformunun sosial şəbəkədə “#OzgecanİcinSiyahGiy” (Özgecan üçün qara geyin) haştaqı ilə başlatdığı aksiyaya qoşulan bütün qadınlar bu gün qara geyinəcək. 

Çağırışda, aksiyaya sadəcə qadınların qoşulması rica olunub:

“Lütfən sadəcə biz qadınlar bazar ertəsi günü (16 fevral) hamımız qara geyinək. Biz bu dünyaya zorlanmaq, öldürülmək və ya zorakılığa məruz qalmaq üçün gəlməmişik. Qadın olmaq, qadın kimi yaşaya bilmək üçün gəlmişik. Güclü qalaq!”. 

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə Mersin vilayətinin Tarsus rayonunda Özgecan Aslan adlı ali məktəb tələbəsi evinə getmək üçün mindiyi ictimai nəqliyyatda 3 nəfər tərəfindən zorlanaraq öldürülmüş, sonra isə cəsədi yandırılmışdı. 

Baş vermiş vəhşilik ölkə ictimaiyyəti tərəfindən böyük etirazla qarşılanıb, bir çox hökumət nümayəndəsi və QHT-lər edam cəzasının bərpa olunması üçün işə başlayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri