19 
Avq
2022
20:22
19
239
3976
Virtual karabakh

Zaporojye AES-in fəaliyyəti dayanarsa, dünyanı nə gözləyir?

19 Avq, 2022
20:22
3976

Zaporojye AES-in fəaliyyəti dayanarsa, dünyanı nə gözləyir?

Zaporojye atom elektrik stansiyasının reaktorlarının dayandırılması və bütün enerji mənbələrinin itirilməsi soyutma sistemlərinin sıradan çıxmasına və reaktor qurğusunun aktiv zonasının zədələnməsinə səbəb ola bilər. Bu da ətraf mühitə radioaktiv maddələrin yayılması ilə nəticələnə bilər.

Ukrayna Dövlət Nüvə Tənzimləmə Müfəttişliyinin məlumatına görə, 2011-ci ildə Yaponiyanın “Fukusima-1” AES-də baş vermiş qəza məhz bu ssenari üzrə olub.

“Atom elektrik stansiyası öz ehtiyaclarını fasiləsiz təmin etmək üçün daimi enerji təchizatına malik olmalıdır. Stansiyanın fəaliyyəti ya işləyən enerji blokları, ya da xarici enerji təchizatı ilə qarşılanır. Bütün enerji blokları söndürüldükdə sabit xarici enerji təchizatı təmin edilməlidir”, - deyə nazirlikdən bildirilib.

Qeyd edilib ki, Rusiyanın zərbələri nəticəsində Zaporojye AES-i Ukraynanın enerji sistemi ilə birləşdirən dörd xətdən üçü zədələnib. Dördüncü xətt də zədələnərsə, stansiya öz ehtiyacları üçün elektrik enerjisi almaq imkanını itirəcək.

“Bütün elektrik təchizatı mənbələri itirildikdən sonra nüvə yanacağının əriməsi prosesi başlayacaq və bunun nəticəsində ətraf mühitə radioaktiv maddələr yayıla bilər”, - deyə Müfəttişlikdən qeyd edilib.

Mütəxəssislər həmçinin əlavə ediblər ki, Zaporojye AES-də baş verən qəza geniş ərazilərin radioaktiv çirklənməsinə səbəb ola bilər ki, bu da qlobal nəticələrə gətirib çıxara bilər. Xüsusən də hava şəraitindən asılı olaraq radioaktiv bulud Avropa, yaxud Rusiya və Belarus ərazilərinə çata bilər. Bundan əlavə, AES Kaxovka su anbarının sahilində yerləşir ki, bu da Dnepr çayı və Qara dənizin radioaktiv çirklənməsinə səbəb ola bilər.

Mənbə: UNİAN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri