19 
Avq
2022
14:16
119
42
1057
Virtual karabakh

Avstraliyada 16 ölkənin iştirak etdiyi irimiqyaslı hərbi təlimlər başlayıb

19 Avq, 2022
14:16
1057

Avstraliyada 16 ölkənin iştirak etdiyi irimiqyaslı hərbi təlimlər başlayıb

Avstraliyada 16 ölkənin iştirakı ilə “Pitch Black” adlı hərbi təlimlər başlayıb.

Bu barədə ölkənin Müdafiə Nazirliyi avqustun 19-da açıqlama verib.

“Bu il Avstraliya, Fransa, Almaniya, Kanada, İndoneziya, Hindistan, Yaponiya, Malayziya, Yeni Zelandiya, Sinqapur, Tailand, ABŞ, Böyük Britaniya, Koreya Respublikası, Filippin və Hollandiyadan 100-dən çox təyyarə və 2500 nəfər iştirak edəcək”, - deyə açıqlamada bildirilir.

Təlimlərə gecə və gündüz uçuşları daxildir. Bu il proqrama qırıcıların döyüş ssenariləri əsasında tapşırıqlar daxil ediləcək.

Qeyd olunur ki, təlimlərdə iştirak edən ölkələrin Hərbi Hava Qüvvələrinin uçuşları Darvin, Tindall (Avstraliyanın şimal bölgəsi) və Emberli (Kvinslend ştatı) hərbi bazalarının aerodromlarından həyata keçiriləcək.

Təlimlər sentyabrın 8-dək davam edəcək.

Mənbə: İzvestiya

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri