16 
Fev
2015
10:09
38
214
16606
Virtual karabakh

İŞİD daha 21 xristianın başını kəsdi – FOTO + VİDEO

16 Fev, 2015
10:09
16606

İŞİD daha 21 xristianın başını kəsdi – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident islamçılardan öz vətəndaşlarının ölümünə görə qisas alacağını vəd edib.

Bazar günü “İslam dövləti” (İŞİD) qruplaşmasının yaraqlıları Liviyada əsir götürülmüş 21 Misir xristianının edamının əks olunduğu video yayıblar.

Oxu.Az xəbər verir ki, bu barədə TASS ərəb kanallarına istinadən bildirib.

Videoçarxda əsirlər əlləri arxada bağlı şəkildə Aralıq dənizi sahilində diz üstə oturublar. Onlar da islamçılar tərəfindən edam edilən bütün xaricilər kimi narıncı geyimdədirlər. Yaraqlılardan yeganə komuflyaj kostyumunda olan biri kameraya ingilis dilində müraciət edərək, “Qərbə cavab” vəd edir.

Misirlilərin qətli haqqında xəbər fevral ayının 12-də çıxıb. Amma videoçarx internetə bazar günü yerləşdirilib.

Tele-müraciətdə Misir prezidenti Əbdülfəttah əs Sisi terror qurbanları üçün yeddi günlük matəm elan edib və vətəndaşlara Liviyaya getməyi qadağan edib. Bundan başqa, Misir lideri hökumətə və dövlət orqanlarına vətənə qayıtmaq istəyən həmvətənləri üçün əllərindən gələni etməyi tapşırıb.

Misir prezidenti islamçılardan öz vətəndaşlarının ölümünə görə qisas alacağını vəd edib. Əbdülfəttah əs Sisi vurğulayıb ki, onlara qarşı ikili standartlar olmadan hərəkət etməyin zamanı gəlib.

“Misir vətəndaşlarının çəkdikləri acının cavabını seçdiyi üsul ilə vermək haqqını özündə saxlayır”, - əs-Sisi bəyan edib.

“İslam dövləti” Rusiyada da terro təşkilatı kimi tanınıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri